Bakı Dövlət Universiteti ilə V.N.Karazin adına Xarkov Milli Universitetinin elmi kitabxanaları arasında web-konfrans keçirilmişdir

 

Aprelin 26-da Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin və V.N.Karazin adına Xarkov Milli Universitetinin (XMU) elmi kitabxanaları arasında web-konfrans keçirilmişdir. Tədbir iki universitet arasındakı əməkdaşlığa dair müqaviləyə uyğun olaraq reallaşdırılmışdır.

Konfransda kitabxana işlərinin avtomatlaşdırılması, oxuculara xidmətin yeni imkanları, dəyərli nəşrlərin mühafizəsi, əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunmuşdur.

Azərbaycan ilə bağlı XMU-nun elmi kitabxanasında saxlanılan nəşrlər barədə məlumat verilmişdir. 

Eyni zamanda, elmi ədəbiyyatların mübadiləsi ilə bağlı razılıq əldə edilmişdir.

Konfransda BDU-nun beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə prorektoru Şəlalə Məmmədova, elmi kitabxanasının direktoru Sara İbrahimova, kitabxanaçılıq və informasiya fakültəsinin dekanı Azad Qurbanov, XMU-nun elmi-pedaqoji işlər və beynəlxalq əməkdaşlıq üzrə prorektoru Zarif Nazirov, elmi kitabxanasının direktoru İrina Juravlyova, şöbə müdirləri, xarici dillər fakültəsinin magistrantı Rəsmiyyə Babayeva, müəllim və mütəxəssislər iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 10.