“Eurovision”
mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi Fanklubu
Dənizkənarı Milli Parkda möhtəşəm aksiya
keçirmişdir
Bakıda keçiriləcək "Eurovision - 2012" mahnı müsabiqəsinin başlanmasına artıq günlər qalır. Bu möhtəşəm musiqi bayramına ev sahibliyi edəcək Azərbaycan biri-birindən maraqlı tədbirlərlə 57 illik tarixi olan yarışmaya öz töhfəsini verməkdədir. Belə tədbirlərdən biri artıq unudulmaz tarixə çevrilmişdir.
AzərTAc xəbər verir ki, "Eurovision" mahnı müsabiqəsinin Azərbaycandakı rəsmi Fanklubu aprelin 26-da axşam saatlarında Dənizkənarı Milli Parkda möhtəşəm aksiya keçirmişdir.
Aksiyanın iştirakçıları olan 500 nəfər gənc Xəzər dənizinin dəhlizində toplaşmışlar. Hava fənərlərini yandıraraq səmaya buraxan gənclər Bakının səmasını al-əlvan rənglərə boyamışlar. Müxtəlif rənglərdə olan 400-dən çox hava fənərlərinin yandırılaraq səmaya buraxılması 57-ci "Eurovision" mahnı müsabiqəsinin "Light Your Fire" sloqanına uyğunluğunu simvolizə etmişdir.
Artıq bütün dünyada geniş yayılan və marağa səbəb olan hava fənərləri ilə keçirilən bu aksiya Azərbaycanda ilk dəfə təşkil olunmuşdur.
Aksiyanın əsas məqsədi "Eurovision
- 2012" mahnı müsabiqəsi ərəfəsində əhalidə
bu şouya marağı daha da artırmaq və onlara
qarşıdakı möhtəşəm yarışmanın
əhəmiyyətini xatırlatmaq olmuşdur.
Azərbaycan.- 2012.- 27 aprel.- S. 10.