Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İlin birinci xanımı seçilmişdir

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə əsasən "İlin birinci xanımı" (First lady) seçilmişdir.

Bu barədə jurnalda yer almış yazıda 34 kateqoriyada səsverməyə çıxarılan 102 namizəddən ən çox səs alan şəxs "İlin ulduzu" seçilmişdir.

Jurnalın "Şərəf mükafatı" kateqoriyasında bu il üç nüfuzlu şəxs qalib elan olunmuşdur. Həmin kateqoriyada "İlin birinci xanımı" mükafatına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva layiq görülmüşdür.

"Şərəf mükafatı"nın diplomatiya üzrə laureatları isə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğluLondon Bələdiyyəsinin türkəsilli sədri Boris Conson olmuşlar.

"Ekovitrin" yazır ki, 2011-ci ilin ulduzlarını müəyyənləşdirmək üçün fevralın 7-dən başlanılan rəy sorğusunda rekord sayda - 251 min 562 respondent iştirak etmişdir. Sorğu iki ay yarım davam etmişdir.

Mükafatlar sahiblərinə iyunda İstanbulda keçiriləcək təntənəli mərasimdə təqdim olunacaqdır.

Jurnalda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tərcümeyi-halı, ictimai-siyasi fəaliyyəti, indiyədək layiq görüldüyü mükafatlar, ölkəmizlə bağlı həqiqətlərin təbliği sahəsindəki xidmətləri barədə yazı da verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 28 aprel.- S. 1.