Azərbaycanda
keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi Avropa gənclərini
bir araya gətirən mühüm mədəniyyət tədbiri
olacaqdır
Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi Avropa gənclərini bir araya gətirən mühüm mədəniyyət tədbiri olacaqdır.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda gənc hüquqşünasların beynəlxalq forumunun açılış mərasimindəki çıxışı zamanı demişdir.
Fuad Ələsgərov bildirmişdir ki, təkcə hüquqi və siyasi baxımdan deyil, zəngin irsi, qədim tarixi ilə Azərbaycan Avropa mədəniyyətinin ayrılmaz hissəsini təşkil edir. Gələn ay Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi Avropa gənclərini bir araya gətirən mühüm mədəniyyət tədbiri olacaqdır.
Şöbə müdiri xüsusi
vurğulamışdır ki, Azərbaycan bu gün regionun
iqtisadiyyatı güclü olan aparıcı dövlətinə
çevrilmişdir. Mühüm beynəlxalq iqtisadi və
siyasi layihələrin təşəbbüskarı olan
respublikamız həmçinin Avropanın təhlükəsizliyinin
vacib təminatçılarından biri kimi
çıxış edir. Azərbaycanın keçən il
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv
seçilməsi onun regionun sabitliyi və təhlükəsizliyi
üçün rolunu daha da gücləndirəcəkdir.
Azərbaycan.- 2012.- 28 aprel.- S. 2.