Azərbaycanda gənclərə, o cümlədən gənc hüquqşünaslara böyük diqqət və qayğı göstərilir

 

Azərbaycanda gənclərə, o cümlədən gənc hüquqşünaslara böyük diqqət və qayğı göstərilir. Bunu AzərTAc-a müsahibəsində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) prezidenti Niuşa Nademi demişdir.

"ELSA ilə Azərbaycanın əməkdaşlığını necə qiymətləndirirsiniz" sualına cavab verən Niuşa Nademi bildirmişdir ki, qurumun Azərbaycan nümayəndəliyi yarandıqdan sonra bir sıra işlər görülmüşdür. Nümayəndəlik çox yaxşı fəaliyyət göstərir. Ölkənin hüquq sahəsində təhsil alan tələbələri ilə sıx əməkdaşlıq vardır. Dövlət tərəfindən də quruma böyük dəstək vardır.

ELSA-nın həyata keçirdiyi layihələr barədə danışan N.Nademi demişdir ki, biz müxtəlif ölkələrdə beynəlxalq tədbirlər keçiririk. Bu cür tədbirlərin gələcəkdə Azərbaycanda da keçirilməsi barədə fikirləşirik. Assosiasiya Azərbaycan nümayəndəliyinin fəaliyyətini daim dəstəkləyəcəkdir.

Gənc hüquqşünasların beynəlxalq Bakı forumu yüksək səviyyədə təşkil edilmişdir. Azərbaycanda olmağımdan çox məmnunam. Bakı gözəl şəhərdir.

 

 

Azərbaycan.- 2012.- 28 aprel.- S. 2.