Bolqarıstanın
Baş naziri ümummilli lider Heydər Əliyevin
məzarını və Şəhidlər xiyabanını
ziyarət etmişdir
Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov aprelin 27-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Sonra Şəhidlər xiyabanına gələn Bolqarıstanın Baş naziri ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi, Bayraq Meydanı və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 28 aprel.- S. 4.