Bolqarıstan
Respublikasının Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatmışdır
Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 27-də başa çatmışdır.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovu hava limanında Baş nazirin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola saldılar.
AzərTAc
Azərbaycan.- 2012.- 28 aprel.- S. 4.