Yeni Azərbaycan Partiyası idarə heyətinin iclası keçirilmişdir

 

 Yeni Azərbaycan Partiyasının (YAP) idarə heyətinin növbəti iclası keçirilmişdir. YAP-ın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov gündəlikdəki məsələlər barədə məlumat vermişdir.

Bildirilmişdir ki, hər il olduğu kimi, bu ilümummilli lider Heydər Əliyevin anadan olduğu gün Azərbaycan ictimaiyyəti və partiya tərəfindən geniş şəkildə qeyd ediləcəkdir.

İdarə heyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar partiyanın tədbirlər planını təsdiq etmişdir.

İclasda YAP-ın 20 illik yubileyi ilə əlaqədar tədbirlər planı da müzakirə olunaraq təsdiqlənmiş, partiyanın fəaliyyətinin müxtəlif istiqamətləri ilə bağlı zəruri qərarlar qəbul olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 28 aprel.- S. 4.