Kabel zavodu müasir standartlara uyğun məhsul istehsal edir
Bu il texnoparkların
yaradılması istiqamətində
çoxtəsirli və
ciddi addımlar atılmalıdır. Bütün
müvafiq göstərişlər
verildi, sərəncamlar
imzalandı, torpaq sahələri ayrıldı.
Artıq təcrübə
də vardır, Sumqayıt Texnoparkı çox gözəl təcrübədir. İndi
Gəncədə, Balaxanıda
və Sumqayıtda buna oxşar yeni texnoparkların salınması prosesi gedir.
İlham
ƏLİYEV
Sumqayıt Texnologiyalar Parkı ölkəmizdə qeyri-neft
sektorunda yeni yaradılan nəhəng sənaye kompleksidir. Texnoparkın əsası 2009-cu ildə
qoyulub. Burada hazırda 25 iri
və orta müəssisə fəaliyyət
göstərir. Həmin müəssisələrdə
dünyada mövcud olan son texnologiya və avadanlıqlardan istifadə edilir ki, bu da
texnoparka dünya standartlarına cavab verən məhsul istehsalına imkan verir.
Sumqayıt Texnologiyalar Parkında müxtəlif gücə
malik kabellər, transformatorlar, yüksək
gərginlikli avadanlıqlar,
hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular,
texniki qazlar istehsal edilir. Texnoparkın fəaliyyəti nəticəsində
ölkəmizdə qeyri-neft
sektorunda məhsul istehsalının artması
ilə yanaşı, yüzlərlə insan işlə təmin olunub.
Texnoparkda fəaliyyət göstərən
Kabel zavodu MDB və Yaxın Şərqdə yüksək
texnologiyalar əsasında
məhsul istehsal edən qabaqcıl müəssisələrdən sayılır. Zavodda əsasən
məişətdə istifadə
edilən kabellər hazırlanır. Bunlar yüksək
gərginlikli alüminium
və mis örtüklü kabellərdir.
Güc kabellərinin keyfiyyətli
istehsalı mürəkkəb
və dəqiq texnologiyalardan istifadəni
tələb etdiyi üçün zavodda Almaniya, Avstriya, Finlandiya, Fransa və İtaliyanın ən müasir avadanlıqları quraşdırılıb.
Keyfiyyətli məhsul istehsalında istifadə olunan xammal da mühüm
rol oynayır. Bunu nəzərə alan
müəssisə rəhbərliyi
istifadə etdiyi xammalı Avropanın qabaqcıl şirkətlərindən
alır. Xaricdən alınan bütün
növ materialların
beynəlxalq standartlara
cavab verən keyfiyyət və uyğunluq sertifikatları
var. Qabaqcıl avadanlıqlar,
yüksək texnologiya
və keyfiyyətli xammal öz növbəsində yüksək
keyfiyyətli məhsul
istehsalına zəmanət
verir.
Zavodun əsas
məhsulları 6, 10, 20, 35 və 110 kilovoltluq güc kabelləridir. Hazırda
müəssisədə MDB məkanında və Yaxın Şərqdə
ilk dəfə 500 kilovoltluq
güc kabelinin istehsalı üzərində
ciddi iş gedir.
Müəssisədə hazırlanan məhsulların
dünya standartlarına
cavab verməsi üçün ciddi nəzarət mexanizmi qurulub. Burada 5 sınaq laboratoriyası
fəaliyyət göstərir.
Əlavə 2 laboratoriyanın da yaxın vaxtlarda
istifadəyə verilməsi
nəzərdə tutulub.
İstehsal olunan bütün
məhsullar ən müasir "HIGH VOLT" tipli
laboratoriyada sınaq testlərindən keçirilir.
Məhsul keyfiyyətə nəzarət
və sertifikatlaşdırma
şöbəsi tərəfindən
yoxlamadan keçdikdən
sonra möhürlənərək
sifarişçilərə satılmaq üçün
anbarlara yığılır.
Zavod öz məhsullarını dünya
bazarına maneəsiz
çıxarmaq üçün
beynəlxalq sertifikatların
alınmasına çalışır. Bu məqsədlə zavodun məhsulları Avropa ölkələrində fəaliyyət
göstərən qabaqcıl
laboratoriyalarda testdən
keçirilir. Müəssisədə şübhə etmirlər
ki, yaxın vaxtlarda onlar dünya bazarına məhsul çıxarmaq üçün lazım olan beynəlxalq sertifikatları alacaqlar.
Bu inamın əsasında
istehsal olunan məhsulun keyfiyyəti durur.
Müəssisədə odadavamlı və az
miqdarda zəhərli qaz və tüstü
buraxan kabellər də hazırlanır. Təhlükəsizlik baxımından bu
növ məhsullar xüsusi önəm daşıyır. Belə
kabellərdən qapalı
yerlərdə - metrolarda,
təhsil ocaqlarında,
kinoteatrlarda və s. yerlərdə geniş istifadə olunur ki, bu da
həmin müəssisələrdə
qəfil yanğın
baş verdikdə insan tələfatının
qarşısını daha
operativ almağa imkan verir.
Zavod istehsal gücünü artırmaq
məqsədilə yeni
istehsal və yardımçı sahələrin
yaradılmasına da xüsusi diqqət yetirir. Hazırda müəssisədə illik gücü 40 min ton olan mis emalı
sexi tikilir. Sex istifadəyə verildikdən sonra mis tərkibli kabellərin istehsal həcmi bir neçə dəfə artacaq. Təzə sexdə ən
qabaqcıl avadanlıq
və texnologiyalardan istifadə olunacaq.
Zavodun texniki direktoru Adıgözəl
Rəhmanov söhbət
zamanı onu narahat edən bir məsələyə toxunaraq bildirdi ki, xaricdən ölkəmizə çox
sayda keyfiyyətsiz güc kabelləri idxal olunur. Bu kabellərin
üzərində 2,5
kilovolt yazılsa da, onun faktiki gücü
2,2 kilovoltdur. Belə kabellər üzərində
qeyd edilən gərginliyə qoşulduqda
tab gətirməyərək sıradan çıxaraq yanğına səbəb
olur. Bu da
öz növbəsində
həm iqtisadi itkiyə, həm də insan tələfatına
gətirib çıxarır.
Ölkəmizdə keyfiyyətli yüksəkgərginlikli
kabellər istehsal olunduğu halda niyə bizim bəzi dövlət müəssisələri xaricdən
gətirilən keyfiyyətsiz
məhsula üstünlük
verirlər? Bu sual, təəssüf ki, hələ açıq qalır.
Zavodda əmək
şəraiti çox
yüksəkdir. Müəssisənin istehsal sahəsi
gündə iki dəfə xüsusi maşınla təmizləndiyindən
hər tərəf tərtəmizdir. Burada demək
olar ki, əl əməyindən istifadə olunmur. Yüksək
ixtisaslı işçilər
onlara həvalə olunan avadanlıqların işinə nəzarət
edirlər. 200 nəfərdən çox
işçinin çalışdığı
müəssisədə işləyənlərin
çox hissəsi gənclərdən ibarətdir.
Onların orta yaş həddi 35-dir, 50 faizi isə ixtisas üzrə ali təhsili
olan mütəxəssislərdir.
İşçilər hər gün işə və evə müəssisə tərəfindən
ayrılmış avtobuslarla gedib-gəlirlər. Onlar hər gün
günorta vaxtı pulsuz və keyfiyyətli naharla təmin olunurlar. Burada rəhbər işçilərdən
tutmuş sıravi işçilərə qədər
eyni menyudan istifadə edirlər.
Zavodda çalışanlar gördükləri
işin əvvəlində
layiqli əməkhaqqı
da alırlar. Orta aylıq əməkhaqqı
470 manatdır. Ən aşağı
əməkhaqqı 300, yuxarı
700 manatdan çoxdur.
Rüstəm KAMAL
Azərbaycan.- 2012.- 29 aprel.- S. 1.