Niderlandın Kraliçası Ülyahəzrət Beatriksə

 

Ülyahəzrət!

 

Milli bayramınız - Kraliça günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan-Niderland münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsi daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Niderland xalqına sülhrifah diləyirəm.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti        

Bakı, 13 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 29 aprel.- S. 1.