2012-ci il fevralın 9-da Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının Sənaye və Energetika NazirliyiAlbaniya Respublikasının İqtisadiyyat, Ticarət və Energetika Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2012-ci il fevralın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Albaniya Respublikasının İqtisadiyyat, Ticarət və Energetika Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Albaniya Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 29 aprel.- S. 1.