2012-ci il fevralın 22-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının İqtisadi İnkişaf NazirliyiBelarus Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2012-ci il fevralın 22-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının İqtisadi İnkişaf NazirliyiBelarus Respublikasının İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 aprel 2012-ci il

 

Azərbaycan.- 2012.- 29 aprel.- S. 1.