“Azərbaycan Respublikası ilə
Rusiya Federasiyası arasında dövlət
sərhədinin delimitasiyası və demarkasiyası üzrə
Dövlət Komissiyası haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli
965 nömrəli sərəncamında dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 965 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 6, maddə 372; 2005, ¹ 6, maddə 495) 1-ci hissəsində "Nağıyev Əli - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini" sözləri "Əsədov Hilal Mirzəli oğlu - milli təhlükəsizlik nazirinin müavini" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Dövlət Komissiyasının tərkibində edilmiş dəyişiklik barədə Rusiya Federasiyası tərəfinə bildiriş göndərsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
25 aprel 2012-ci il
Azərbaycan.- 2012.- 29 aprel.- S. 1.