Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş sərgi açılmışdır

 

 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş sərgi təşkil edilmişdir.

Sərginin əhəmiyyətindən danışan arxivin direktoru Mayis Bağırov ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulamışdır.

Sonra qonaqlar sərgi ilə tanış olmuşlar.

Məlumat verilmişdir ki, 1969-cu il iyulun 29-da ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Partiya Tarixi İnstitutuPartiya Arxivi üçün yeni binanın layihəsinin hazırlanması haqqında xüsusi qərar qəbul olunmuşdur. Beləliklə, indiki Siyasi Sənədlər Arxivinin yerləşdiyi bu binanın təməli ulu öndərin təşəbbüsü ilə qoyulmuşdur.

Stendlər arasında akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşə də sərgi iştirakçılarının marağına səbəb olmuşdur.

Sərgi çərçivəsində Fransa və digər xarici ölkələrdən gətirilmiş Əlimərdan bəy Topçubaşova məxsus tarixi sənədlərin surətləri Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinə təhvil verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 29 aprel.- S. 5.