Cari ilin birinci rübündə İKT sahəsində
müsbət nəticələr əldə olunmuşdur
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin birinci rübünün yekunlarına dair kollegiya iclası keçirilmişdir.
Nazirlikdən AzərTAc-a bildirmişlər ki, iclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr barədə danışmış, respublikamızda aparılan uğurlu neft siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı və Dövlət proqramlarının iqtisadiyyatın yeni sahələrinin inkişafı üçün geniş imkanlar açdığını və bu imkanlardan rabitə və informasiya texnologiyaları sahəsində də səmərəli istifadə olunduğunu vurğulamışdır.
Bu sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi olan informasiya-kommunikasiya texnologiyalarının (İKT) müstəsna yeri olduğunu qeyd edən nazir sektora göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişafa nail olunduğunu, 2012-ci ilin birinci rübündə bu sahədə müsbət nəticələr əldə olunduğunu vurğulamışdır.
Qeyd olunmuşdur ki, bu sahədə görülən uğurlu işlərin nəticəsidir ki, Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB-də liderliyini qoruyub saxlamışdır.
Kollegiya iclasında birinci rübdə rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilmişdir. Bildirilmişdir ki, hesabat dövründə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 8,1 faiz artaraq 303,4 milyon manat təşkil etmiş, ötən illə müqayisədə real artım tempi İKT sektorunda 8 faiz, o cümlədən, telekommunikasiya sektorunda 8,1 faiz, poçt sektorunda 6,9 faiz və informasiya sektorunda 17,4 faizə, İKT, poçt və informasiya sektoru üzrə əldə edilən gəlirlərin ümumi daxili məhsulda payı isə 1,7 faizə bərabər olmuşdur.
Bundan əlavə, genişzolaqlı internet və elektron xidmətlərin tətbiqi ilə bağlı xüsusi məruzələr dinlənilmişdir.
Məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış etmişlər.
Kollegiya iclasına yekun vuran
nazir Azərbaycan Prezidenti
İlham Əliyevin müvafiq
sərəncamı ilə yaradılması nəzərdə tutulan Elektron Hökumət
üzrə Dövlət Agentliyinin strukturunun formalaşdırılması,
"E-hökumət" portalının fəaliyyətinin,
"Elektron imza"ların verilməsinin,
ümumilikdə elektron xidmətlərin həcminin
genişləndirilməsi,
genişzolaqlı internet xidmətlərinin
ölkənin bütün ərazisində
tətbiqinin qısa müddətdə başa
çatdırılması, ilk telekommunikasiya peykinin orbitə
buraxılması, rəqəmli TV yayımı ilə
bağlı işlərin sürətləndirilməsi, informasiya təhlükəsizliyinin və digər
mühüm əhəmiyyət
kəsb edən məsələlərin icrası ilə
bağlı müvafiq
tapşırıqlar vermişdir.
Azərbaycan.- 2012.- 29 aprel.- S. 5.