Azərbaycanın
Gəncə şəhəri ilə Çexiyanın Olomouts şəhəri arasında memorandum imzalanmışdır
Çexiyanın qədim şəhəri və vilayət paytaxtı sayılan Olomouts ilə Azərbaycanın Gəncə şəhərləri arasında əməkdaşlıq memorandumu imzalanmışdır.
Sənədi Çexiyada səfərdə olan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Olomouts qubernatoru Martin Tesarik imzalamışlar.
Tədbirdə Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə, Palaçki Universitetinin, Olomouts vilayətinin rəhbərliyi, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Azəri-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov hər iki şəhərin rəhbərliyini təbrik edərək demişdir ki, bu əməkdaşlıq barədə təşəbbüs ilk dəfə 2007-ci ildə irəli sürülmüşdür.
Hər iki şəhərin rəhbərinə hədiyyələr verilmiş, xatirə şəkli çəkdirilmişdir.
Pərvanə QARAYEVA
Azərbaycan.- 2012.- 29 aprel.- S. 5.