Şuşanın gerbi

 

Şuşanın işğalından 20 il ötür

 

 Şaşa Qarabağ xanlığının paytaxtı idi. Türkmənçay müqaviləsindən sonra (1813) Şuşa da daxil olmaqla, bütün Qarabağ Rusiyanın tərkibinə keçdi.

Vaxtilə I Pyotr tərəfindən "Şəhərlərin gerblərinin tərtibi haqqında" fərman verilmişdi. Bu fərmana əsasən XIX əsrin sonunda Rusiyada 700-dən çox şəhərin hər birinin öz gerbi var idi. 1785-ci ildə isə Rusiya hökuməti tərəfindən "Şəhər əsasnaməsi" qəbul olundu. Əsasnamənin 28-ci maddəsində deyilirdi: "Hər bir şəhərin öz gerbi olmalı və ondan bütün şəhər işlərində istifadə edilməlidir".

O zaman Şuşa - Kaspi vilayəti Yelizavetpol quberniyası Şuşa qəzasının mərkəzi statusuna malik idi. Bütün qəza şəhərləri kimi, Şuşanın da öz gerbi vardı. Bu gerb 1843-cü il mayın 21-də təsdiq edilmişdi. Rusiya imperiyasının qanunlar məcəlləsinə uyğun olaraq gerb qalxan şəklində düzəldilib. Onun yuxarı yarısında qızılı fonda Kaspi vilayətinin gerbinin bir hissəsi, aşağıda yaşıl fonda isə yəhərli - cilovlu qaçan at. Qalxanın bu hissəsi o mənanı bildirir ki, qəzada əla at cinsləri (Qarabağ atı) yetişdirilir. Eləcə də yəhər və cilov düzəldilir.

Gerbin təsvirində isə qızılı fon iki yerə bölünmüşdür: birində - sağ tərəfdə ayaq üstə durmuş pələng, solda isə yerdən püskürən alov, aşağıdakı hissələrdə sağda - Xəzər dənizini bildirən mavi zolaq, solda isə dağ zirvələri təsvir edilmişdir.

Rənglərin harmoniyası, təqdim olunan elementlər bütövlükdə yurdumuzun təbii sərvətlərini əks etdirmək baxımından maraqlıdır. Alov dilləri həm də Azərbaycanın odlar ölkəsi olmasına işarədir.

 

 

Azərbaycan.- 2012.- 29 aprel.- S. 6.