Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 160   Bakı şəhəri, 31 iyul 2012-ci il

 

"İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan  Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

"İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 251 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹11, maddə 1068; 2012, ¹1, maddə 26) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"na aşağıdakı məzmunda altıncı sətir əlavə edilsin:

 

Respublika Müalicəvi

 

Diaqnostika Mərkəzi

ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, dalaq, gözün buynuz qişası, sümük iliyi

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan.- 2012.- 1 avqust.- S. 4.