Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti zati-aliləri cənab Girma Volde-Giorgisə

 

Hörmətli cənab Prezident!

 

Efiopiyanın Baş naziri, görkəmli dövlət xadimi Meles Zenavinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə bütün Efiopiya xalqına öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 avqust 2012-ci il

 

Azərbaycan.- 2012.- 25 avqust.- S. 1.