Rabitə və informasiya texnologiyaları naziri kibertəhlükəsizlik üzrə beynəlxalq konfransa dəvət olunmuşdur

 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotemlə görüşmüşdür.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, Əli Abbasov iki ölkə arasında informasiyakommunikasiya texnologiyaları (İKT) sahəsində əlaqələrin inkişafını yüksək qiymətləndirərək İsrail şirkətlərinin bu sektora yatırdıqları sərmayələrin iqtisadiyyatın inkişafında vacib rol oynayacağını bildirmişdir.    

İsrailin Yaxın Şərqdə və ümumiyyətlə, regionda İKT sahəsində aparıcı ölkə olduğunu vurğulayan nazir israilli həmkarını cari ilin noyabrında Bakıda keçiriləcək İnternet İdarəçilik Forumuna, həmçinin "BakuTel" sərgi-konfransına dəvət etmişdir.    

Ölkəmizdəki diplomatik missiyasını başa vuran səfir Azərbaycan və İsrail arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığı yüksək qiymətləndirərək əlaqələrin intensivləşdirilməsi istiqamətindəki səylərin artırılacağına əminliyini vurğulamışdır.

Səfir nazir Əli Abbasovun cari ilin noyabrında İsraildə keçiriləcək kibertəhlükəsizlik üzrə beynəlxalq konfrans və sərgiyə dəvət olunduğunu bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 25 avqust.- S. 2.