Azərbaycan və Misir arasında İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Misir Ərəb Respublikasının Azərbaycanda diplomatik fəaliyyətini başa vuran səfiri Sabir Əbdülqədir Mənsurla görüşmüşdür.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan və Misir arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq, "İsgəndəriyyə" kitabxanasının direktoru İsmayıl Seragəldinin ölkəmizə səfəri, "BakuTel" sərgisi çərçivəsində "Kulturama" layihəsinin təqdim edilməsi, həmçinin 2005-ci ildə hər iki ölkənin aidiyyəti qurumları arasında Tunisdə imzalanmış anlaşma memorandumundan irəli gələn məsələlər müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 25 avqust.- S. 2.