Azərbaycan dilidilçiliyi bu günsabah

 

 Müasir nəzəri dilçiliyin banisi, alman mütəfəkkiri V.fon Humboldt yazırdı ki, dil xalqın ruhudur. Xalqın ruhu ölərsə, dili də ölər. Hər bir xalqın iqtisadi qüdrəti, dünyagörüşü, ətrafa təsir göstərmək gücü nə qədər çox olarsa, onun dilinin yayılması üçünmünasib şərait yaranar. Təsadüfi deyil ki, bu gün dillərin əksəriyyətində, o cümlədən Azərbaycan dilində işlənən yeni söz, ifadə və söyləmələrin çoxu güclü iqtisadiyyatı, yüksək mədəniyyəti və üstün idarəetmə sisteminə yiyələnmiş xalqların dilindən gəlir. Bu gün nə qədər güclü müqavimət göstərsək də, yeniliklərin özlərilə bərabər gətirdiyi sözlərə və ifadələrə qarşı mübarizədə, purizm fəaliyyətimizdə çarəsiz görünəcəyik. 5-10 il öncə yazı makinasında yazırdıq, çox primitiv səsgücləndirmələrdən və ötürücülərdən istifadə edirdik. Bu gün isə kompyutersiztelefonsuz keçinmək qeyri-mümkündür. Teletayp, teleqraf köhnəlib, hər kəs öz cib telefonundan ani olaraq mesaj göndərir və ya qəbul edir.

Dünyanın ən möhtəşəm dilçisi N.Xomski dilin yaradıcı olmasını xüsusi qeyd etməklə göstərmişdir ki, hər bir dil açıq, ancaq özünü idarə edən sistemdir. Hər gələn yeniliyi dil qəbul etməyə qadir olmalıdır. Ancaq bu yenilik tezliklə dilə qaynayıb-qarışmalı, hamının malına çevrilməlidir. Hazırkı dil fəlsəfəsi məhz bu cür məsələlərlə məşğul olmalıdır, dilin ontologiyasını açıb göstərməli, bu zaman istifadə etdiyi bütün vasitə və yolları ümumi metodologiya işığında öyrənməlidir. Təəssüf ki, bizim dilçiliyimiz dilə hələ də söz səviyyəsində yanaşır.

Bundan fərqli olaraq dilçilik fəlsəfəsi dil haqqında elmin - dilçiliyin başqa elmlər içərisində yerini müəyyənləşdirməlidir. Buraya ilk növbədə ehtimalinformasiya nəzəriyyəsi, fəlsəfə, semiotika, riyaziyyat, fizikas. elmlərin köməyilə yeni elmi reallığın işlənib hazırlanması aiddir.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dilimizə və dilçiliyimizə böyük qayğı göstərir. Dövlət başçısının bu yaxınlarda imzaladığı iki sərəncam onun bu sahəyə olan yüksək diqqətinin təzahürü kimi dəyərləndirilir. 23 may 2012-ci il tarixdə verilən birinci sərəncam "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" adlanır. Sərəncamın adından da göründüyü kimi, söhbət təkcə Azərbaycan dilinə qayğıdan getmir, həm də diqqəti çəkən digər əsas məsələ ölkəmizdə bu elm sahəsinin inkişafı ilə bağlı tədbirlərdir.

Dilimizin yaşaması və möhkəmlənməsinə xalqımız daim həssaslıq göstərmiş, müxtəlif dövrlərdə onunla bağlı müxtəlif fərmanlar verilmiş, elmi-bədii əsərlər dövlət səviyyəsində qiymətləndirilmişdir. 1974-cü ildə dörd cildlik "Müasir Azərbaycan dili"nə verilən Dövlət Mükafatı dediklərimizə bariz nümunədir.

Müstəqillik illərində dövlətçiliyimizin başlıca rəmzlərindən olan Azərbaycan dili xalqımızın ictimai-siyasi, elmi-mədəni və sosial-iqtisadi həyatında müstəsna əhəmiyyət kəsb etmişdir. Bütün bunları nəzərə alaraq ulu öndər Heydər Əliyev "Dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında" (18 iyun 2001) və "Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" (2 yanvar 2003-cü il) tarixi fərmanlar imzalamışdır.

Hazırkı sərəncamda isə dilimizindilçiliyimizin keçdiyi şərəfli yol geniş təhlil olunur, bu sahədə yorulmadan çalışan görkəmli alimlərimizin adları və xidmətləri xüsusi vurğulanır. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultay çox haqlı olaraq Azərbaycan dilçiliyinin nailiyyəti kimi qeyd olunur. Sərəncamda Azərbaycanda dilçilik elminin yaranması və inkişafı sahəsində ötən əsrin 20-ci illərindən başlayaraq bu günə qədər keçdiyi yol araşdırılır, eyni zamanda 1969-cu ildə ayrıca Dilçilik İnstitutunun yaranması, bu institutda sanballı elmi araşdırmaların geniş vüsət alması və o zamankı SSRİ məkanında Bakının Türkoloji mərkəz kimi tanınmasını şərtləndirən "Türkologiya" jurnalının Bakıda çıxması vurğulanır.

Bütün bunlar bizim danılmaz uğurlarımızdır. Bununla yanaşı, sərəncamda bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktiksemantik normalardan ciddi yayınmaların olmasından danışılır. Çox doğru olaraq göstərilir ki, ilk növbədə dilimizin bütün imkanlarından hər zaman və hər yerdə lazımınca istifadə edilmir, yerli-yersiz yad ünsürlər dilimizə gətirilir. Təəccüb doğuran odur ki, aidiyyəti qurumlar bu yad ünsürlərə qarşı ciddi mübarizə aparmırlar, mətbuat orqanlarında baş alıb gedən ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda dilimizin adi qrammatik qaydaları gözlənilmir. Eyni zamanda dilimizin tarixi sahəsində sanballı elmi qaynaqlara əsaslanan fundamental əsərlərin olmaması, müasir dilçilik elmi irsinin dərindən və hərtərəfli öyrənilməməsi ucbatından bəsit və aktuallığını itirmiş mövzuların tədqiqat obyekti kimi götürülməsi adi hal almışdır. Dilimizin internet sahəsində tətbiqi, xaricdə yaşayan minlərlə soydaşımız üçün müasir tələblərə cavab verən dərsliklərin və dərs vəsaitlərinin olmaması da birinci sərəncamda xüsusi qeyd olunur. Dünyada türkdilli xalqlarla inteqrasiya, xalqımızın ümumtürk mədəniyyətində və elmində yeri, habelə dünyanın digər qabaqcıl xalqlarının mədəniyyətinə qovuşmaq hazırkı qloballaşma dövrünün tələbidir və biz bu tələbi nəzərə almaya bilmərik.

Dünyanın müxtəlif dillərində və müxtəlif yerlərində dilimiz və xaqımızla bağlı nadir qaynaqları tapıb üzə çıxarmalı, onları oxuyub deşifrə etmək qabiliyyətinə malik kadrlar hazırlamaqla bu işin öhdəsindən gəlmək də sərəncamda ayrıca vurğulanır.

Sərəncamda respublikamızın dillə bağlı qurumlarına - AMEA-ya, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları, Mədəniyyət və Turizm (mən deyərdim ki, Ədliyyə və Səhiyyə nazirlikləri də daxil olmaqla) nazirlikləri qarşısında dilimizin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsinə dair konkret vəzifələr qoyulur. Eyni zamanda Nazirlər Kabineti yanında Terminologiya Komissiyası və Tərcümə Mərkəzinin yaradılması da xüsusi qeyd olunur. Prezidentin 6 gün sonra, 29 may 2012-ci il tarixdə imzaladığı ikinci sərəncam "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi" adlanır. Bu sərəncamın əsas qayəsi həmin institutun maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının yaxşılaşdırılması, institutun elmi potensialının artırılması kimi vacib vəzifələrin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılmasından ibarətdir. Doğrudan da bu, vaxtında verilmiş düzgün qərardır. Çünki dilimizdilçiliyimiz sahəsində ciddi dönüş yaratmaq üçün müasir tələblərə cavab verən maddi-texniki baza lazımdır.

Dövlət proqramının ana məqsədi qloballaşma şəraitində dilimizin zamanın tələbinə uyğun istifadəsini və Azərbaycanda dilçiliyin inkişafını təmin etmək üçün tədbirlər planı işləyib hazırlamaqdan ibarətdir. Qloballaşma həyatın digər sahələrində olduğu kimi, dil sahəsinə də öz təsirini göstərməkdədir. İndi dünya xalqlarının əksəriyyəti qloballaşma ilə çarpışmaqdadır. Planetin 6500 dilli mənzərəsi getdikcə daralır, hər il bir neçə dil ölüb gedir. Deməli, bir tərəfdən xırda dillər yox olmaqdadır. Son illərin tədqiqatlarına görə, gələn əsrdə 3500 dil ölüb yox olmaq təhlükəsilə üzləşəcəkdir. Digər tərəfdən, qloballaşma ingilis dilinin daha da genişlənməsinə münbit şərait yaradır. Əgər ötən əsrin sonlarında planetimizdə yarım milyarda qədər adam ingilis dilindən ana dili, ikinci dilya xarici dil kimi istifadə edirdisə, bu gün bu rəqəm artıq 2 milyard 700000-nə çatmışdır. Düzdür, bu vəziyyət, bir tərəfdən ingilisləri və amerikanları mono dil daşıyıcısına çevirir, onlarda eqoizm və özünəvurğunluq hissləri aşılayır. Məsələn, bu gün ingilislər və amerikalılar bir qayda olaraq başqa dillərdə əsər oxumurlar, onlar heç başqa dillərdən ingilis dilinə əsərlər tərcümə etməyə həvəs də göstərmirlər. Digər tərəfdən bu, dünyanın başqa xalqlarını, xüsusilə etnik azlıqları ciddi narahat edir.

Belə bir şəraitdə biz dilimizi qoruyub saxlamalı, 50 milyonluq Azərbaycan xalqının qürur mənbəyi olan ana dilimizin yaşaması üçün qüvvələrimizi səfərbər etməli, xalqımızın milli kimliyinin başlıca rəmzi olan dilimizindilçilik elmimizin dünya sivilizasiyasında qabaqcıl sıralarda yer almasını təmin etməliyik. Proqramda həmçinin müasir texnologiyaların tələbatını təmin etmək üçün təşkilati və tədqiqat mexanizmlərin, elmi-texnoloji , innovasiyainformasiya mübadiləsində dilimizin fəaliyyətinin normativ hüquqi bazasının yaradılması, yüksək ixtisaslı dilçi və tərcüməçi kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi, elmi tədqiqatların və təcrübi işlərin üstün istiqamətlərinin müəyyənləşməsi, türkdilli ölkələrlə və ümumiyyətlə, beynəlxalq aləmdə əməkdaşlığın inkişaf etdirilməsi və s. məsələlər öz əksini tapacaqdır. Hazırda isə Dilçilik İnstitutu sərəncamlara uyğun şəkildə Azərbaycan dilinin və Azərbaycanda dilçiliyin inkişafının üstün istiqamətlərinin müəyyənləşməsi üzərində çalışır.

Birinci növbədə Dilçilk İnstitutunun fəaliyyətinin monitorinqini keçirmək, fundamental və tətbiqi elmi tədqiqatların geniş planını müəyyənləşdirmək nəzərdə tutulur. İnstitutun elmi-tədqiqat işlərinin respublikanın ali məktəblərində dil kafedraları ilə əlaqələndirilməsi, onların fundamental və təcrübi tədqiqatlara cəlb olunması, əldə edilən nəticələrin dövlət proqramı çərçivəsində tətbiqinə nail olunması da qarşıda duran əsas vəzifələrdəndir. Bununla bağlı elm ocağı qısa və uzunmüddətli kompleks proqramların işlənib hazırlanması üzərində çalışır. Azərbaycan dilinindilçiliyinin inkişafı üzrə strateji layihələrin hazırlanmasını nəzərdə tutur. Bundan başqa, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun idarəetmə sisteminin təkmilləşdirilməsi və burada qloballaşmanın tələblərinə uyğun struktur dəyişikliklərin edilməsi üçün təkliflər paketini hazırlamaq da fəaliyyət proqramına daxildir.

Hazırda xarici ölkələrdə Azərbaycan mədəniyyəti, dili, ədəbiyyatı və tarixi ilə bağlı zəngin materiallar vardır. Onların üzə çıxarılaraq araşdırılması və dilimizə tərcümə edilib yayılması azərbaycançılıq məfkurəsinin inkişafına güclü təkan verər. Dilçilik İnstitutu bu istiqamətdə də səylərini səfərbər edəcəkdir. Eyni zamanda Azərbaycan dilçilərinin fundamental əsərlərinin, o cümlədən çoxcildli nəzəri qrammatikanın, monoqrafiya, orfoqrafiyaorfofoniya lüğətlərinin, ikidilliçoxdilli lüğətlərin dilçiliyin müasir tələblərinə uyğun olaraq tərtib olunması, dilçilik ensiklopediyasının təkmilləşmiş nəşrinin hazırlanması və çapı mühüm vəzifə kimi qarşımızda durur. Ölkəmizdə dilçiliyi inkişaf etdirmək üçün dünyada məşhur linqvistik əsərlərin Azərbaycan dilinə və Azərbaycanın zəngin dilçilik irsinin dünyanın aparıcı dillərinə tərcümə edilib çap olunması da planımızda vardır.

Azərbaycan dilinin və dialektlərinin, xüsusilə Cənubi Azərbaycan çərçivəsində müasir tədqiqat metodlarının tətbiqilə öyrənilməsi, bu zaman ən yeni akustik cihazlardan istifadə, müasir tədqiqat laboratoriyalarının və tədqiqat üsullarını tətbiq etməyə qadir strukturların yaradılması proqramda öz əksini tapacaqdır. Gənc alimlərin elmi fəaliyyətini stimullaşdırmaq, onların fundamental elmi tədqiqatların aparılmasında yaradıcılıq imkanlarının genişləndirilməsi, alimlərin, eləcə də gənc alimlərin beynəlxalq miqyasda tanınması və əsərlərinin çapının təşkili üçün yeni mexanizmlərin axtarılması, dövlətlərarası əməkdaşlıq və birgə elmi layihə və proqramların hazırlanması da yaxın gələcəkdə görəcəyimiz işlərin sırasına daxildir.

Dilçilik İnstitutunda müasir tələblərə cavab verən struktur dəyişikliklər edilməli, işçilərin attestasiyası mexanizmi təkmilləşməli, maddi-texniki baza müasirləşməli, elmi-tədqiqat işlərinin praktikaya tətbiqi sürətləndirilməlidir. Bu məqsədlə xaricdən gətiriləcək avadanlıqlara güzəştli vergigömrük rüsumları tətbiq olunmasına nail olmalıyıq. Müasir texnologiyatelekommunikasiya sistemlərini geniş tətbiq etməli, internetdə Azərbaycan dilinin işlənməsinə nail olmalı, dilçiliyimizin elektron kitabxanasını yaratmalı, dünya azərbaycanlıları üçün yeni elektron dərsliklər yazmalıyıq. Respublika və beynəlxalq konfrans, simpoziumsessiyalarda dilimizindilçiliyimizin yeni tədqiqatlardan alınan nəticələrini nümayiş etdirməliyik.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dilimiz və dilçiliyimizlə bağlı sərəncamları geniş fəaliyyət sahəsi üçün qarşımızda yeni üfüqlər açır, Azərbaycan dilinin hazırkı şəraitdə maneəsiz işlənməsində və ölkəmizdə dilçiliyin inkişafında dönüş yaranacağına tam əminliklə inanırıq.

 

 

Fəxrəddin VEYSƏLLİ,

AMEA-nın Nəsimi adına

Dilçilik İnstitutunun direktor

əvəzi, filologiya elmləri

doktoru, professor

 

Azərbaycan.- 2012.- 1 avqust.- S. 5.