Festival çərçivəsində dünya şöhrətli Avstriya
bəstəkarı Frans Şubertin
əsərlərindən ibarət konsert uğurla keçmişdir
Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi beynəlxalq aləmdə böyük əks-səda doğuran Qəbələ IV Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.
AzərTAc xəbər verir ki, festivalın proqramına uyğun olaraq iyulun 31-də "Qafqaz Resorte" hotelində növbəti kamera musiqisi axşamı keçirilmişdir.
Yerli və xarici ölkə tamaşaçılarının iştirak etdikləri konsertdə dünya şöhrətli avstriyalı bəstəkar, musiqidə romantizmin banilərindən biri sayılan, çoxsaylı simfoniya, opera, kamera və solo piano musiqilərinin müəllifi Frans Şubertin əsərləri səsləndirilmişdir.
Konsertdə P.Çaykovski
adına Moskva Dövlət
Konservatoriyasının aspirantı, Qəbələ II Beynəlxalq
Piano Müsabiqəsinin qalibi,
M.Rostropoviç və D.Şostakoviç
adına musiqi fondlarının təqaüdçüsü,
rusiyalı pianoçu Andrey
Yaroşinski, Moskva
Dövlət Konservatoriyasının dosenti,
beynəlxalq müsabiqələrin qalibi
Nadejda Tokareva (violin), "Sehrli kaman" beynəlxalq
müsabiqəsinin "Qran-pri"
mükafatının sahibi, Klivlend Musiqi İnstitutunun tələbəsi Fyodor Amosov (violonçel), festivalın bədii rəhbəri,
"Yeni Rusiya"
Dövlət Simfonik Orkestrinin
dirijoru Dmitri Yablonski (violonçel), Rusiya Federasiyasının xalq
artisti, "Moskva
virtouzları" kamera orkestrinin
solisti və direktoru Qriqori Kovalevski (kontrabas) və Rusiya Musiqi Akademiyasının müəllimi Aleksandr Akimovun (viola) iştirakı ilə yüksək səviyyədə
təqdim olunan musiqi əsərləri
tamaşaçılar tərəfindən hərarətlə
qarşılanmışdır.
Azərbaycan.- 2012.- 1 avqust.- S. 7.