London Royal Filarmonik Orkestrinin üçüncü möhtəşəm konserti olmuşdur

 

  Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 31-də dünyanın ən məşhur musiqi kollektivlərindən hesab edilən London Royal Filarmonik Orkestrinin üçüncü möhtəşəm  konserti olmuşdur.

AzərTAc xəbər verir ki, "Qafqaz Resorte" hotelinin qarşısındakı açıq səhnədə Tenerife Simfonik Orkestrinin bədii rəhbəri baş dirijoru Mixal Nesteroviçin idarə etdiyi konsertdə London Royal Filarmonik Orkestrinin solistlərini violində Litva Kamera Orkestrinin musiqi direktoru Sergey Krilov müşayiət etmişdir.

Tanınmış musiqiçilər tamaşaçılara XIX əsrin dahi rus bəstəkarı Pyotr Çaykovskinin violin simfonik orkestr üçün əsərlərini təqdim etmişlər.

 

 

Azərbaycan.- 2012.- 1 avqust.- S. 7.