Gənc alimlərin II respublika
innovativ ideya yarmarkası başa çatmışdır
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) dəstəyi,
Azərbaycan Milli Elmlər Akademiyası
(AMEA), AMEA Gənclərin İntellektual
İnkişaf Mərkəzi
və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı
ilə keçirilən
gənclərin II respublika
ideya yarmarkası başa çatmışdır.
AzərTAc xəbər verir
ki, tədbir Prezident İlham Əliyevin "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında"
2011-ci il 7 iyul tarixli Sərəncamına
əsasən keçirilmişdir.
Məqsəd gənc alimlərin 5 elm sahəsi üzrə təqdim olunmuş məqalələrini dinləmək,
onlara sərbəst müzakirə
imkanı yaratmaq, müxtəlif elm sahəsindən olan
mütəxəssislər arasında ünsiyyət yaratmaq və özlərinə güvən hissini aşılamaq
olmuşdur. Yarmarka çərçivəsində
3 günlük "Yeni
çağırışlar: müasir
şəraitdə elmi innovativ
tədqiqat işlərinin təcrübi və tətbiqi əsasları"
mövzusunda elmi konfrans da keçirilmişdir.
5 gün davam etmiş yarmarka müddətində
reallaşmış tədbirlərdə 161 gənc alim və mütəxəssis iştirak edərək konfransa məqalələrini,
araşdırmalarını təqdim etmişlər. Konfrans
çərçivəsində müsabiqə keçirilmiş və burada
səslənən innovativ ideyalar,
ən yaxşı elmi işlər
seçilərək respublikanın tanınmış alimləri
tərəfindən təşkil olunmuş
münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.
Proqram zənginliyi ilə seçilən builki yarmarkada təkcə
AMEA institutlarının deyil,
respublikanın tanınmış elmi-tədqiqat və ali təhsil müəssisələrinin də
gənc alimləri iştirak etmişlər.
Azərbaycan.- 2012.- 1 avqust.- S. 8.