Azərbaycan Prezidenti İlham Əliyevin cənub bölgəsinə səfəri

 

Cəlilabadda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

 Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də Lənkərana səfərini başa çatdırdıqdan sonra Cəlilabad rayonuna gəlmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq işləri barədə məlumat verildi. Bildirildi ki, rayonun mərkəzində yerləşən bu ərazidə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 2 avqust.- S. 1.