“Cəlilabad Broyler” ASC-nin yeni yem fabrikinin
açılışı olmuşdur
İyulun
31-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev "Cəlilabad Broyler" ASC-nin yeni inşa olunmuş yem fabrikinin açılışında
iştirak etmişdir.
Dövlət başçısı respublika üzrə quşçuluq təsərrüfatları
barədə məlumatları,
müəssisənin planını,
yenidənqurmadan əvvəlki
və sonrakı vəziyyətini, eləcə
də 1976-cı ildə
ulu öndər Heydər Əliyevin iştirakı ilə quşçuluq fabrikinin açılışını əks etdirən fotoşəkillərdən ibarət
stendlərə baxdı.
Bildirildi
ki, fabrikin inşasına 1969-cu ildə
ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra başlanılmışdır. Ulu öndər 1972-ci ildə Cəlilabada səfəri zamanı quşçuluq fabrikində
tikinti işlərinin
gedişi ilə tanış olmuşdur.
1976-cı ilin mayında
ulu öndər Heydər Əliyevin iştirakı ilə Cəlilabad quşçuluq
fabriki istifadəyə
verilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin
Sahibkarlığa Kömək
Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verdi ki, Cəlilabad şəhərində 45 hektar
ərazidə köhnə
tikililərdən ibarət
quşçuluq fabrikinin
yenidən qurulması
Azərbaycanda yerli istehsala artan tələbatın ödənilməsinə
töhfə verəcəkdir.
Fabrikin yenidən qurulmasına beş milyon manat vəsait
sərf olunmuşdur. Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən yenidənqurma
işlərinə iki
milyon manat güzəştli kredit verilmişdir.
Diqqətə çatdırıldı ki, Dövlət Proqramına uyğun olaraq yenidən qurulan müəssisənin
illik istehsal gücü 6 min ton quş
əti məhsullarıdır.
Bu müəssisənin fəaliyyətə
başlaması idxalı
əvəz edən məhsul hazırlanmasına
şərait yaradacaq,
daxili bazarın yüksək keyfiyyətli
məhsullarla təmin
olunmasına imkan verəcəkdir. Müəssisə
əsasən Türkiyə
texnologiyaları əsasında
qurulmuşdur. Quş fermaları ən müasir yemləmə, havalandırma avadanlığı
ilə təchiz edilmişdir. Həmçinin
müəssisədə kəsim
sexi yerli
"ASENA" şirkəti tərəfindən Türkiyə
texnologiyası əsasında
qurulmuşdur. Sexdə
saatda 2,5 min quşun kəsimi həyata keçirilir. Yeni inşa olunan sex isə hər birinin tutumu 177 min yumurta olan iki
inkubator avadanlığı
ilə təchiz edilmişdir. Müəssisədə
yem sexi, soyuducu və şoklama kameraları da inşa edilmişdir.
Bildirildi
ki, respublika üzrə 43 quşçuluq
təsərrüfatı vardır.
Bu ilin birinci yarısında quş əti istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə
40 faiz artaraq 25,5 min tona, yumurta istehsalı
16 faiz artaraq 600 milyona çatmışdır.
Bu artımın əsas
səbəblərindən biri
dövlətin dəstəyi
ilə bu sahəyə güzəştli
kreditlərin ayrılmasıdır.
Dövlət
başçısının tapşırıq və göstərişlərinə əsasən
tikilmiş və tikilməkdə olan 30 damazlıq yumurta və broyler təsərrüfatına Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən
55 milyon manat güzəştli kredit ayrılmışdır. Bunlardan
10-u istifadəyə verilmiş,
digər 20-sinin cari ildə açılması
planlaşdırılır. Yaxın illərdə quş ətinə olan daxili tələbat
92,5, yumurtaya olan tələbat isə 100 faiz yerli istehsal
hesabına ödəniləcəkdir.
Azərbaycan Prezidenti fabrikin
istehsal etdiyi məhsulların nümunələrinə
də baxdı.
Sonra Prezident İlham Əliyev müəssisənin
yem fabrikini işə saldı və monitor vasitəsilə
istehsal prosesini izlədi.
Dövlət başçısına məlumat verildi ki, müasir avadanlıqla təchiz edilən fabrik saatda 10 ton quş yemi hazırlamaq gücünə malikdir. Quşçuluq təsərrüfatları
üçün müxtəlif
növ yem hazırlayan fabrik tam avtomatlaşdırılmışdır. Müəssisədə 220 nəfər
işlə təmin olunmuşdur.
Müəssisədə yaradılmış
şəraitdən razılığını
bildirən Azərbaycan
Prezidenti kollektivə uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.- 2012.- 2 avqust.- S. 3.