Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Heydər Əliyev prospekti ilə Ələddin Quliyev küçəsinin kəsişməsində salınan yeni parkda görülən işlərlə tanış olmuşdur

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 1-də paytaxtın Heydər Əliyev prospekti ilə Ələddin Quliyev küçəsinin kəsişməsində salınan yeni parkda görülən işlərlə tanış olmuşdur.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda həyata keçirilən tikinti və yaşıllaşdırma işləri barədə dövlət başçısına məlumat verdi. Ərazisi 25 min kvadratmetr olan parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılacağı vurğulandı. Parkın qısa vaxt ərzində Bakı sakinlərinin istifadəsinə veriləcəyi bildirildi.

Həyata keçirilən tikinti-abadlıq işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 2 avqust.- S. 4.