“Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması üzrə AMEA-nın
işçi qrupunun növbəti iclası
keçirilmişdir
İyulun 31-də Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının layihəsini hazırlayan işçi qrupun növbəti iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev işçi qrupun bugünədək gördüyü işlərdən bəhs edərək onun fəaliyyətini qənaətbəxş hesab etmişdir. O, işçi qrupun müxtəlif dövlət qurumlarının, cəmiyyətin müxtəlif sosial zümrələrinin nümayəndələri ilə keçirilən görüşlərə yekun vurulduğunu nəzərə çatdırmış, bu görüşlərin dövlət proqramının hazırlanmasında böyük faydası olduğunu bildirmişdir.
İclasda dövlət proqramının hazırlanması üçün irəli sürülmüş təkliflər ətrafında müzakirələr aparılmışdır. Təkliflər bloklar üzrə ümumiləşdirilərək redaktə edilmək üçün işçi qrupun üzvlərinə təqdim olunmuşdur. Dövlət proqramı layihəsinin növbəti iclasda keçiriləcək ümumi müzakirəsindən sonra onun müxtəlif nazirlik, dövlət idarə və təşkilat rəhbərlərinə rəy üçün göndərilməsi qərara alınmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 2 avqust.- S. 4.