Azərbaycan Auditorlar Palatası ilə Sankt-Peterburq Auditorlar Palatası arasında strateji əməkdaşlıq barədə saziş imzalanmışdır

 

 Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin Auditorlar Palatası rəhbərliyinin dəvəti ilə Auditorlar Palatasının sədri professor Vahid Novruzov Sankt-Peterburq şəhərində olmuşdur.

Auditorlar Palatasından AzərTAc-a bildirmişlər ki, səfər müddətində əvvəlcədən razılaşdırılmış razılığa əsasən, Azərbaycan Respublikasının Auditorlar Palatası və Sankt-Peterburq Auditorlar Palatası arasında strateji əməkdaşlıq barədə saziş imzalanmışdır.

Eyni zamanda, auditor xidmətində beynəlxalq mühasibat uçotuaudit standartların tətbiqi, maliyyə hesabatlarında şəffaflığın artırılması, auditin inkişafı və təkmilləşdirilməsi istiqamətində aktual mövzular üzrə müzakirələr və təcrübə mübadiləsi aparılmışdır.

Səfər zamanı əldə edilmiş təcrübə və metodik materiallar Prezident İlham Əliyevin ölkəmizdə beynəlxalq standartların tətbiqi və şəffaflığın artırılması haqqında göstərişlərinin həyata keçirilməsi məqsədilə Auditorlar Palatası tərəfindən müvafiq tədbirlərin görülməsində tətbiq ediləcəkdir.

İlkin razılaşmaya əsasən, Rusiya auditorlarının cari ilin sentyabr-oktyabr aylarında ölkəmizə səfəri nəzərdə tutulur.

 

 

Azərbaycan.- 2012.- 2 avqust.- S. 4.