Kitabxanaların
oxucularına Azərbaycan Əlifbası və Azərbaycan
Dili Günü haqqında geniş məlumat verilmişdir
Bakı şəhərinin mərkəzləşdirilmiş kitabxana sistemlərində oxuculara 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü haqqında geniş məlumat verilmişdir.
AzərTAc xəbər verir ki, Yasamal, Xətai,
Səbail, Nizami rayonlarının mərkəzləşdirilmiş
kitabxana sistemlərinin veb-səhifələrində yerləşdirilmiş
müvafiq məqalələrdə bu əlamətdar
günün təsis tarixi haqqında məlumat verilmiş,
ümummilli lider Heydər Əliyev tərəfindən
imzalanmış "Azərbaycan əlifbası və Azərbaycan
dili gününün təsis edilməsi haqqında"
2001-ci il 9 avqust tarixli fərmanın əhəmiyyəti diqqətə
çatdırılmışdır.
Azərbaycan.- 2012.- 2 avqust.- S. 7.