Tovuzda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd edilmişdir

 

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Tovuz  Rayon Mərkəzi Kitabxanasında tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, ziyalıların, təhsil və mədəniyyət işçilərinin iştirak etdikləri tədbirdə ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə hər il avqustun 1-nin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edildiyi diqqətə çatdırılmış, ana dilimizin ulu babalardan miras qalmış ən qiymətli milli sərvət olduğu bildirilmişdir. Dilimizin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən  danışılmışdır.

Qeyd olunmuşdur ki, hazırda bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dilimizin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Tədbir iştirakçıları kitabxanada Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə açılmış sərgi ilə tanış olmuşlar.

 

 

Azərbaycan.- 2012.- 2 avqust.- S. 7.