Ehtiram Hüseynov: “Tamaşaçıların ardı kəsilməyən
alqışları bizi daha
həvəslə oxumağa
ruhlandırırdı”
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uğurla davam edən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən muğam axşamının iştirakçısı, II Beynəlxalq Muğam Müsabiqəsinin qalibi xanəndə Ehtiram Hüseynov AzərTAc-a müsahibəsində bu beynəlxalq musiqi festivalının çox yüksək səviyyədə təşkil edildiyini bildirmişdir.
Xanəndə gənc muğam ifaçılarına bu mötəbər tədbirdə çıxış etmək üçün şərait yaradıldığına görə festivalın təşkilatçılarına minnətdarlığını ifadə edərək demişdir: "Bizim üçün bu, böyük uğurdur. Burada yerli muğamsevərlərin və xarici qonaqların olması məsuliyyətimizi daha da artırdı və çalışdıq ki, həmişəkindən də yaxşı çıxış edək. Tamaşaçıların ardı kəsilməyən alqışları bizi daha həvəslə oxumağa ruhlandırırdı".
Son vaxtlar Azərbaycanda bu cür yüksək səviyyəli
tədbirlərin artıq ənənəyə çevrildiyini deyən E.Hüseynov
vurğulamışdır ki, bu işdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım
Əliyevanın çox böyük əməyi vardır.
Azərbaycan.- 2012.- 2 avqust.- S. 8.