Sergey Krilov: “Dünya səviyyəli Qəbələ
festivalında bir daha
Azərbaycan musiqisinin
ecazkarlığının, xalqınızın yüksək
qonaqpərvərliyinin şahidi olduq”
"Qəbələ festivalı çox ecazkar məkanda keçirilir. Burada çıxış etməkdən məmnunam. Keçən il də burada Mendelsonun əsərini ifa etmişdim. Bu dəfə dahi rus bəstəkarı Pyotr Çaykovskinin əsərlərini London Royal Filarmonik Orkestri kimi möhtəşəm bir kollektivlə səsləndirdik. Məşqlər üçün vaxtın azlığına baxmayaraq çıxışımız uğurlu oldu".
AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Litva Kamera Orkestrinin musiqi direktoru, violin ifaçısı Sergey Krilov demişdir.
Tanınmış musiqiçi
Qəbələ festivalının dünya
səviyyəli bir tədbir olduğunu və əla təşkil edildiyini bildirmişdir:
"Mən Azərbaycanda I Beynəlxalq M.Rostropoviç
Festivalında da iştirak
etmişəm. Burada biz
bir daha Azərbaycan musiqisinin ecazkarlığının,
xalqınızın yüksək
qonaqpərvərliyinin şahidi olduq. Sevinirəm ki,
ölkənizdə klassik musiqi
ifaçılarının və dinləyicilərinin sayı
kifayət qədər çoxdur. Bu, ölkənizin klassik musiqi mədəniyyətinin inkişafı və
beynəlxalq aləmdə nüfuzunun
artması deməkdir. Yerli və xarici musiqiçilərin iştirak
etdikləri Qəbələ festivalı, eyni
zamanda, musiqi vasitəsilə
mədəniyyətlərarası dialoqa öz töhfəsini verir.
Belə böyük bir
tədbiri təşkil edənləri təbrik etmək
lazımdır".
Azərbaycan.- 2012.- 2 avqust.- S. 8.