İki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Peru Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin enerji və mədən naziri Jorge Merino ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın inkişaf perspektivləri, bu sahədə məlumat və mütəxəssislərin mübadiləsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.

E.Məmmədyarov perulu nazirə Azərbaycanın iştirakı ilə reallaşdırılan regional layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri barədə ətraflı məlumat vermişdir.

 

 

Azərbaycan.- 2012.- 3 avqust.- S. 3.