Azərbaycan xarici siyasət idarəsinin rəhbərinin ArgentinayaUruqvaya səfəri Latın Amerikasının kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ArgentinaUruqvaya səfəri ilə əlaqədar Latın Amerikası ölkələrinin KİV-ində çoxsaylı məqalələr dərc edilmişdir.

Argentina Prezidenti Administrasiyasının "Prensa Argentina" rəsmi informasiya portalı bu səfərə böyük diqqət yetirmiş, bu haqda bir sıra məqalələr dərc etmişdir.

Həmin məqalələrdə Argentina Prezidenti Kristina Fernandes de Kirşnerin Azərbaycan XİN başçısını qəbul etməsi, Argentinanın xarici işlər naziri Hektor Timmermanın Azərbaycanlı həmkarı ilə görüşü, iqtisadiyyat və ticarət sayəsində hökumətlərarası saziş imzalanması barədə məlumatlar təqdim edilmişdir.

"Argentina Azərbaycana süd məhsulları ixrac etməyə hazırlaşır" sərlövhəli məqalədə Azərbaycan şirkətlərinin nümayəndələrinin Argentinada süd emalı üzrə iri komplekslərdən olan "Serenissima" şirkəti ilə tanışlığı barədə məlumat verilir.

Argentinanın TELAM Dövlət İnformasiya Agentliyi "Bu gün Timmerman Azərbaycan XİN başçısı ilə əməkdaşlıq haqqında saziş imzalamışdır" adlı məqalə dərc etmişdir.

Ölkənin "Noticias Terra" aparıcı informasiya portalında Azərbaycan və Argentina arasında ticari-iqtisadi əməkdaşlıq haqqında məqalə yerləşdirilmişdir.

Bundan əlavə, "Pagina 12" qəzetində, "Prensa Latina",  "Iprofessional", "La voz" digər informasiya portallarında da səfər barədə materiallar dərc edilmişdir.

Azərbaycan nümayəndə heyətinin Uruqvaya səfəri dövründə bu ölkənin Prezident Administrasiyasının XİN-in saytında müvafiq informasiya yayılmışdır.

Dərc edilmiş materiallarda Uruqvay Prezidentinin Elmar Məmmədyarovla görüşü, həmin görüşdə müzakirə edilən məsələlər, habelə iki ölkə arasında əməkdaşlığın perspektivləri barədə informasiya təqdim edilmişdir.

Uruqvayın UYPRESS informasiya agentliyi öz saytında Azərbaycanın kənd təsərrüfatı energetika sektorlarına həsr edilmiş məqalə dərc etmişdir.

UPİ, "Prensa Latina" informasiya portallarında bir sıra başqa KİV- Azərbaycan haqqında məqalələr verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 3 avqust.- S. 3.