RWE Azərbaycanla
əməkdaşlığını möhkəmləndirir
RWE Avropada ən iri enerji təchizatçılarından biridir. Bu konsern enerjidaşıyıcılarının hasilatı və istehsalı, nəqli və satışı üzrə də ixtisaslaşıb. RWE-nin əməkdaşlarının ümumi sayı 70 min nəfərdən, enerji ilə təmin etdiyi istehlakçıların sayı 16 milyondan çoxdur. Mavi yanacaqla isə 8 milyon nəfərə yaxın istehlakçını təmin edir.
Vətəni Almaniya olsa da, Böyük Britaniyada və Niderlandda geniş fəaliyyət dairəsinə malikdir və bu ölkələrdə böyük nüfuz qazanıb. RWE eləcə də Mərkəzi və Cənub-Şərqi Avropada öz mövqelərini getdikcə möhkəmləndirir. Qrupun ən böyük şirkətlərindən biri bilavasitə neft-qaz kəşfiyyatı və hasilatı ilə məşğul olan RWE Deadır.
RWE Dea Avropada, Şimali Afrikada və Xəzər regionunda kəşfiyyat və hasilatla məşğul olur. Şirkətin bu sahədə 110 ildən çox zəngin təcrübəsi var. Geologiya və geofizika, eləcə də qazma və hasilat sahəsində ən müasir üsulları mənimsəməsi ona şöhrət qazandırıb. RWE Dea həmişə öz əməkdaşlarının şəxsi təşəbbüslərinə və yaradıcı potensialına arxalanır.
Şirkət ilk növbədə Almaniyanın enerjidaşıyıcıları ilə təminatına böyük töhfə verir. Burada söhbət Aşağı Saksoniyadan hasil etdiyi təbii qazdan və zəngin "Mittelplate" yatağından çıxardığı neftdən gedir. Şirkət bu gün də Almaniyanın ərazisindəki zəngin qaz yataqlarının işlənməsində iştirak edir. İstismarda olan yataqlardan isə hər gün iki milyard kubmetrdən çox təbii qaz çıxarır.
RWE Dea 1987-ci ildən, yəni
"Mittelplate"dən hasilata
başlandığı vaxtdan layihədə aparıcı
şirkət kimi fasiləsiz surətdə
neft əldə edir. Buradan hər il
çıxarılan 1,5 milyon tona yaxın neft
Almaniyanın ümumi qara
qızıl hasilatının yarıdan çoxuna
bərabərdir. Hesablamalar isə göstərir ki, "Mittelplate" gələcəkdə daha
20-25 milyon ton neft verə bilər.
Fəallıq, səriştə, məsuliyyət
RWE Dea-nın müvəffəqiyyətlərini
səciyyələndirən əsas şərtlərdir. Dünyada qaza
tələbat artdıqca,
şirkətin bu sahədəki uğurları
daha mühüm əhəmiyyət kəsb
edir.
RWE Dea-nın son illərdə
ən çox fəallıq göstərdiyi
və ümid bəslədiyi regionlardan biri də Şimali
Afrikadır. Ötən bir neçə
ildə şirkət Misirdə yeni təbii qaz və xam neft
mənbələri aşkar
edib. Əlcəzairdə
və Liviyada tapdığı ehtiyatlar
isə heç də bundan az deyil.
Bundan əlavə, şirkət
Mavritaniyada və Mərakeşdə yataqların
axtarışı və
kəşfiyyatı lisenziyalarında
iştirak edir. Onun maraq göstərdiyi regionlardan biri də Şimal dənizidir. Xəzər regionuna
gəldikdə isə
deyə bilərik ki, RWE Dea Azərbaycan
və Türkmənistanla
əməkdaşlıq etməyə
başlayıb. Hədəfdə isə Yaxın Şərq və Qərbi Afrikadır.
RWE dünyada etibarlı
tərəfdaş kimi
tanınır. Ölkəmizə 2009-cu ildə gəlib.
2010-cu il martın 10-da isə
ARDNŞ-lə RWE Dea şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Naxçıvan"
perspektiv strukturunun kəşfiyyatı, işlənməsi
və hasilatın pay bölgüsü sazişinin
əsas kommersiya prinsip və şərtlərinin razılaşdırılmasına
dair qarşılıqlı
Anlaşma Memorandumu imzalanıb.
Həmin gün Prezident İlham Əliyev RWE-nin idarə heyətinin sədri Yurgen Qrosmanın başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdi. Y.Qrosman bu
sənədin imzalanmasını
gələcək əməkdaşlığın
yaxşı başlanğıcı
kimi qiymətləndirmiş
və onun uğurla inkişaf edəcəyinə ümidvar
olduğunu bildirmişdi.
Bu, RWE-nin Azərbaycanla
əməkdaşlığının və tərəfdaşlığının
çox uğurlu bir təməli idi. Həmin sənədin imzalanmasını
şirkətin Azərbaycanda
fəaliyyət göstərməsi
üçün giriş
qapısı adlandırıblar.
ARDNŞ-lə RWE-nin birgə işləyəcəyi
"Naxçıvan" perspektiv
strukturu Abşeron
yarımadasından 90 kilometr
cənubda, sahildən
55 kilometr aralıdadır.
Burada suyun dərinliyi 120 metrdən 750 metrə qədər dəyişir.
Struktur Azərbaycanın zəngin
təbii qaz yataqlarından olan "Bahar"ın və
"Bulla dəniz"in əhatəsində
yerləşir. "Naxçıvan" strukturu
1960-cı ildə aparılan
seysmik kəşfiyyatlar
nəticəsində aşkar
edilmişdi. Burada axtarış
qazmasına başlamaq
isə 1994-cü ildə
qismət oldu.
RWE-nin strukturla bağlı müraciətinə
əsasən tərəflər
arasında xeyli müddət danışıqlar
aparıldı. Sözügedən sənədin imzalanmasına
zəmini də həmin danışıqlar
yaratdı. İmzalanmış memoranduma əsasən
"Naxçıvan" strukturunun
kəşfiyyatı, işlənməsi
və hasilatın pay bölgüsü üzrə
gələcək danışıqların
aparılması üçün
RWE Dea şirkətinə
müstəsna hüquq
verildi.
RWE-nin Azərbaycana marağını onun hər il
Bakıda keçirilən
beynəlxalq neft-qaz sərgisində son dövrlərdəki
mütəmadi iştirakı
da təsdiqləyir. Keçən ilki 18-ci sərgidə
şirkətin daxili əlaqələr şöbəsinin
rəhbəri Daniela Ruttenatla
həmsöhbət olmuşduq.
O bildirmişdi ki, şirkətin Azərbaycana,
burada keçirilən
tədbirlərə marağı
böyükdür və
"Naxçıvan"da qazma işlərinə başlayacaqları günü
səbirsizliklə gözləyirlər.
Bu ilin iyun ayında keçirilən
19-cu sərgidə isə
şirkətin yeni müəssisələr üzrə
baş vitse-prezidenti, doktor Hans-Herman Eke dedi ki, "Naxçıvan"
strukturunda hasilatın
pay bölgüsü sazişi
çərçivəsində işlərə başlamaqla
yanaşı, ARDNŞ-lə
digər layihələrdə
iştirak etmək fikrimiz də var.
RWE qrupu həm də "Nabukko" qaz kəməri layihəsinin 6 tərəfdaşından
biridir. Xatırladaq ki, "Şahdəniz"
qaz-kondensat yatağını
işləyən konsorsium
bu il
iyun ayının sonunda Cənub-Şərqi
və Mərkəzi Avropa istiqamətində potensial ixrac marşrutlarının qiymətləndirilməsini
yekunlaşdırdı. Türkiyə-Bolqarıstan
sərhədindən Avstriyanın
Baumqarten məntəqəsinədək
bir marşrutu nəzərdə tutan
"Nabukko" layihəsi
"Şahdəniz" qazının
Mərkəzi Avropaya potensial ixracı üçün boru kəməri variantı kimi seçildi. Eyni meyarlar əsasında konsorsium bu ilin
fevral ayında Trans-Adriatik Boru Kəməri
(TAP) layihəsini qazın
İtaliyaya ixracı üçün potensial marşrut kimi seçmişdi. Beləliklə, Azərbaycan qazını hansı kəmər daşıyacaq - "Nabukko",
yoxsa TAP? Konsorsium bununla
bağlı seçimini
təxminən bir ildən sonra edəcək. Əgər gələcəkdə
Azərbaycan qazını
dünya bazarlarına
"Nabukko" apararsa,
onda əlbəttə
ki, RWE-nin ölkəmizlə əməkdaşlığı
və tərəfdaşlığı
daha yüksək bir mərhələyə
qədəm qoya bilər.
Flora SADIQLI
Azərbaycan.- 2012.- 3 avqust.- S. 4.