Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Moskva solistləri kamera orkestri bəstəkar Aleksandr Çaykovskinin Xocalı matəm musiqisini təqdim etmişdir

 

 Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-də açıq səma altında daha bir möhtəşəm konsert olmuşdur.

Azərbaycan və dünya klassik musiqisini yüksək səviyyədə təbliğ edən festivalın proqramına uyğun olaraq "Moskva solistləri" kamera orkestrinin, eləcə də məşhur piano, tarviolonçel ifaçılarının birgə çıxış etdikləri konsertdə əvvəlcə Moskva Dövlət Filarmoniyasının bədii rəhbəri, Rusiyanın xalq artisti, bəstəkar Aleksandr Çaykovskinin xüsusi olaraq Qəbələ IV Beynəlxalq Musiqi Festivalı üçün yazdığı  "Xocalı" matəm musiqisi təqdim edilmişdir.

İlk dəfə təqdim olunan və peşəkarcasına ifa edilən bu musiqi əsəri tamaşaçıların böyük marağına səbəb olmuşdur. "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, "Moskva solistləri" kamera orkestrinin yaradıcısı Yuri Başmetin rəhbərliyi ilə  keçirilən konsertdə Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli (piano), məşhur violonçel ifaçısı Dmitri Yablonski, əməkdar artist, tarzən Sahib Paşazadə çıxış etmişlər.

Konsertin ikinci hissəsində isə musiqiçilər V.A.Motsart, T.Takemitsu, İ.Stravinski, D.Şostakoviç, Y.Benda, A.VivaldiA.Şnitkenin əsərlərini ifa etmişlər.

Çıxışlar musiqisevərlərin zövqünü oxşamış və alqışlanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 3 avqust.- S. 6.