Biznes Tədris Mərkəzində görüş

 

 Bakı Biznes Tədris Mərkəzində Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Koreyanın Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış "Azərbaycanda Xüsusi İqtisadi Zonaların (XİZ) və Sənaye Şəhərciklərinin İnkişafı Layihəsi" çərçivəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) ekspertləri ilə görüş keçirilib.

Tədbirdə iştirak edən Bakı Biznes Tədris Mərkəzinin direktor müavini R.Mürsəlov mərkəzin fəaliyyəti, Azərbaycanda XİZ və sənaye şəhərciklərinin inkişafına dəstək göstərmək üçün həyata keçirilməsi nəzərdə tutulan təlimlər və seminarlar, kadrların ixtisasının artırılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Almaniyada keçirilən ixtisasartırma kursları barədə ətraflı məlumat verib. Görüşdə həmçinin XİZ və sənaye parklarının idarə olunması və insan potensialının gücləndirilməsi istiqamətində azərbaycanlı və koreyalı ekspertlərin birgə həyata keçirəcəyi tədqiqatlar müzakirə edilib.

 

 

Azərbaycan.- 2012.- 3 avqust.- S. 6.