Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərar
¹ 168 Bakı şəhəri, 3 avqust 2012-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı
ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nda
dəyişikliklər edilməsi haqqında
"Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
4 aprel tarixli 604 nömrəli Fərmanının 7.2.3-cü
yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, ¹ 8, maddə 861, ¹ 9, maddə 923, ¹ 10,
maddə 1021, ¹ 12, maddə 1331; 2009, ¹ 1, maddələr 22, 32, ¹
2, maddə 150, ¹ 4, maddələr 282, 293, ¹ 8, maddələr
674, 675, 680, ¹ 10, maddələr 846, 852, 856; 2010, ¹ 2, maddələr
146, 161, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 54, ¹ 5, maddə 447,
¹ 9, maddə 855; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 10 may tarixli 101 nömrəli qərarı)
ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın
35.1-35.3-cü bəndləri aşağıdakı redaksiyada
verilsin:
"35.1.
Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi
yanında Texniki Tənzimləmə və
Standartlaşdırma üzrə Dövlət Nəzarəti
Xidməti
35.2.
Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi
yanında Dövlət Metrologiya Xidməti
35.3.
Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi
yanında Dövlət Akkreditasiya Xidməti".
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.- 2012.- 4 avqust.- S. 1.