Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 169 Bakı
şəhəri, 3 avqust 2012-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 19 dekabr tarixli
277 nömrəli qərarı ilə təsdiq edilmiş
"Dövlət orqanlarının aparatının (və ya
onların fəaliyyətini təmin edən qurumların) və
onun bölmələrinin adları"nda dəyişikliklər
edilməsi haqqında
"Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
4 aprel tarixli 604 nömrəli Fərmanının 7.2.3-cü
yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA
ALIR:
1. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 12,
maddə 1115; 2009, ¹ 2, maddə 153, ¹ 4, maddə 282, ¹ 7, maddə
605, ¹ 8, maddələr 674, 680, ¹ 10, maddələr 846, 852, 856;
2010, ¹ 1, maddə 60, ¹ 2, maddələr 146, 161, ¹ 10, maddələr
906, 912, ¹ 11, maddə 1040; 2011, ¹ 1, maddə 66, ¹ 5, maddə 446,
¹ 9, maddələr 856, 862; Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 10 may tarixli 105 nömrəli qərarı)
ilə təsdiq edilmiş "Dövlət orqanlarının
aparatının (və ya onların fəaliyyətini təmin
edən qurumların) və onun bölmələrinin
adları"nda aşağıdakı dəyişikliklər
edilsin:
1.1.
"Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi
yanında Milli Metrologiya Mərkəzi" sözləri
"Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə
və Standartlaşdırma üzrə Dövlət Nəzarəti
Xidməti" sözləri ilə əvəz edilsin;
1.2.
"Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ərazi
dövlət nəzarəti idarələri" sözləri
"Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi
yanında Dövlət Metrologiya Xidməti" sözləri
ilə əvəz edilsin;
1.3.
"Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ərazi
sınaq və sertifikatlaşdırma idarələri"
sözləri "Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti"
sözləri ilə əvəz edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.- 2012.- 4 avqust.- S. 1.