Elektron hökumət portalında xüsusi bölmə yaradılmışdır

 

"Elektron hökumət" portalında "Normativ hüquqi aktlar" bölməsi yaradılmışdır.  Yeni bölmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin "Elektron hökumət" portalında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2012-ci il 25 iyun tarixli  Qərarının icrası ilə əlaqədar yaradılmışdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki,  "Normativ hüquqi aktlar" bölməsinin yaradılmasında əsas məqsədi layihələri ictimaiya peşəkar müzakirəyə çıxarmaqdan ibarətdir.

Layihənin müzakirəsində iştirak etmək istəyən şəxslər portalda tələb olunan qeydiyyatdan keçməlidirlər.

Verilmiş irad və təkliflər nəzərə alınmaqla layihələr üzərində dəyişikliklər ediləcəkdir. Müzakirəsi tam başa çatmış layihələrlə əlaqədar bütün məlumatlar arxivləşdirilərək portalda saxlanılacaqdır.

 

 

Azərbaycan.- 2012.- 4 avqust.- S. 1.