Bakıda MDB-nin üzvü olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti müşavirəsinə hazırlıq məqsədilə ekspertlərin iclası keçirilmişdir

 

Avqustun 2-dən 4-dək Bakıdakı "Marriot-Abşeron" hotelində MDB-nin üzvü olan ölkələrin Daxili İşlər Nazirləri (DİN) Şurasının növbəti müşavirəsinə hazırlıq məqsədilə iştirakçı ölkələrin  Daxili İşlər nazirlikləri ekspertlərinin iclası keçirilmişdir.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Ukrayna, Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin nümayəndə heyətləri, həmçinin MDB İcraiyyə Komitəsinin və üzv dövlətlərin ərazisində mütəşəkkil və digər təhlükəli cinayətlərə qarşı mübarizənin əlaqələndirmə bürosunun təmsilçiləri iştirak etmişlər.

İclasda cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlığın daha da möhkəmləndirilməsi üzrə  bir sıra prioritet məsələlər müzakirə olunmuşdur. Tədbir iştirakçıları MDB DİN-i Şurasının gələn ay Bakıda keçirilməsi nəzərdə tutulan iclasının gündəliyini də müəyyənləşdirmişlər. Görüş dostluq, qarşılıqlı anlaşmaetimad, konstruktiv əməkdaşlıq şəraitində keçmişdir.

İştirakçılar tədbirin yüksək səviyyədə təşkilinə və yaradılan şəraitə, göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirmişlər.

 

 

Azərbaycan.- 2012.- 4 avqust.- S. 3.