Heriot-Vatt Universiteti ilə müqavilə imzalanmışdır

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Böyük Britaniyaya işgüzar səfər etmişdir. Səfərin məqsədi BANM- ingilis dilinin tədris proqramına dair razılıq əldə edilməsi, eləcə məktəbin inzibati professor-müəllim heyətinin gələcək fəaliyyətinə dair əsas məsələlərin müzakirəsi olmuşdur.

İki günlük səfər çərçivəsində keçirilmiş görüşlərdə Heriot-Vatt Universiteti ilə Bakı Ali Neft Məktəbinin işçi heyətinin birgə fəaliyyətinə dair məsələlər, mühəndis hazırlığı poqramlarının baza tələbləri, metodiki texniki təminatı, virtual təhsil mühiti s. kimi akademik inzibati məsələlərin həlli ilə əlaqədar əməkdaşlıq tədbirləri konkretləşdirilmişdir. Müzakirələr nəticəsində Bakı Ali Neft Məktəbinə qəbul olmuş tələbələrə birinci tədris ilində Heriot-Vatt Universitetinin proqramı əsasında ingilis dilinin tədrisinin təşkili ilə bağlı kompleks məsələlərin həlli mexanizmini əks etdirən müqavilə imzalanmışdır.

 

 

Azərbaycan.- 2012.- 4 avqust.- S. 3.