Qəbələdə dünya şöhrətli pianoçu Boris Berezovskinin konserti maraqla izlənilmişdir

 

 Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı öz işini uğurla davam etdirir.

AzərTAc xəbər verir ki, festival günlərində dünya şöhrətli musiqiçilərin bir-birindən maraqlı çıxışları yerli sakinlərlə yanaşı, festivalın qonaqlarının da böyük marağına səbəb  olur.

Festivalda növbəti konsert "Qafqaz Resorte" hotelinin kamera zalında keçirilmişdir. Konsertdə dünya şöhrətli pianoçu Boris Berezovskinin ifasında dahi bəstəkarlar İ.Brams, N.Metner, M.Quld, A.Çeyzins, C.Gerşvin, F.List, İ.Albeniz, K.Sen-Sans F.Şopenin əsərləri təqdim edilmişdir.

Yüksək səviyyədə ifa olunan musiqi əsərləri tamaşaçılar tərəfindən ayaq üstə alqışlanmışdır.

 

 

Azərbaycan.- 2012.- 4 avqust.- S. 4.