Boris Berezovski: Festival tamaşaçılarının musiqi duyumu və qonaqpərvərliyi
çox yüksəkdir
Vaxt gələcək Qəbələ musiqi festivalı elə bir səviyyəyə çatacaq ki, dünyanın hər yerindən bura musiqiçilər və tamaşaçılar gələcəklər.
AzərTAc xəbər verir ki, bu sözləri dünya şöhrətli pianoçu Boris Berezovski Qəbələdə keçirilən mətbuat konfransında demişdir.
Musiqiçi vurğulamışdır: "Mən səkkiz dildə təmiz danışan Dmitri Yablonski ilə 15 ildir ki, dostam. Onun dəvəti ilə hər il bu festivalda iştirak edirəm. Burada gözəl təbiət qoynunda klassik musiqini ifa etmək və onu dinləmək insana unudulmaz duyğular yaşadır. Festival iştirakçılarına qarşı tamaşaçılar tərəfindən isti münasibət vardır. Auditoriyanın musiqi duyumu, qonaqpərvərliyi çox yüksəkdir və musiqiçilər ürəkdən alqışlanır".
Qonaq Qəbələ III
Beynəlxalq Musiqi Festivalından dərin
təəssüratla ayrıldığını və belə
gözəl musiqi tədbirində yenidən
iştirak etməkdən məmnun olduğunu dilə gətirmişdir. Paytaxtdan xeyli uzaq bir
yerdə bu qədər insanın klassik musiqiyə yüksək səviyyədə
maraq göstərməsinin onu valeh etdiyini
söyləyən Boris Berezovski
Qəbələ torpağında dünya
şöhrətli musiqiçilərin bir
araya gəlmələrini mühüm
hadisə kimi qiymətləndirmişdir.
B.Berezovski demişdir:
"İndi burada olduğum üçün
çox şadam və
növbəti illərdə də bu festivalda iştirak etməkdən
məmnun olardım".
Azərbaycan.- 2012.- 4 avqust.- S. 4.