Rumıniyanın
Azərbaycandakı səfiri Daniel Çiobanu: Bu gözəl
məkanda dünya musiqisini
dinlədiyim üçün çox sevinirəm
"Bu, mənim Qəbələyə ilk gəlişimdir. Burada həqiqətən də,
festival ab-havası hökm
sürür. Xoşbəxtəm ki, Qəbələ
kimi gözəl bir məkandayam. Burada dünya musiqisi incilərindən ibarət
gözəl konsert proqramını dinləyirəm.
Məni buraya dəvət etdikləri üçün azərbaycanlı
dostlarıma minnətdarlığımı
bildirirəm. Ümidvaram ki,
gələn illərdə
də bu festivala tamaşa edəcəyəm".
AzərTAc xəbər verir ki, bu sözləri
Qəbələ IV Beynəlxalq
Musiqi Festivalının
konsertlərinə tamaşa
edən Rumıniyanın
ölkəmizdəki səfiri
Daniel Çiobanu jurnalistlərə
müsahibəsində demişdir. Qonaq bildirmişdir
ki, bu məkanın
qonaqpərvər insanlarına,
gözəl təbiətinə
heyran qaldım.
Səfir
demişdir: "Ölkənizi
çox sevirəm. Festival qəlbimdə çox dərin təəssüratlar yaratdı.
Xüsusilə də, dinləyicilərin
yüksək mədəniyyəti,
klassik və milli musiqiyə eyni dərəcədə
rəğbətlə yanaşmaları
məni valeh etdi. Bu festivalı
təşkil edənləri
belə bir gözəl təşəbbüs
münasibətilə təbrik
edirəm. Qəbələ festivalında hər bir konsert çox
möhtəşəm keçir.
Belə festivalla hər bir ölkə fəxr edə bilər. Festivalın yüksək səviyyədə
təşkilinə görə
Azərbaycan dövlətinin
başçısı İlham
Əliyevə, eləcə
də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı
bildirirəm".
Azərbaycan.- 2012.- 4 avqust.- S. 4.