Yuri Başmet: Bu festivalda iştirakım
mənim üçün həm karyera, həm də Azərbaycanı
yaxından tanımaq baxımından vacibdir
"Qəbələ IV Beynəlxalq Musiqi Festivalının konsertlərində mənim ifamı dinləyən yerli və xarici tamaşaçılardan çox razıyam. Mən dinləyicilərimin gündən-günə artdığını hiss edirəm. Hər konsertdə yeni dostlar, klassik musiqini dərk edən dinləyicilər tapıram".
AzərTAc xəbər verir ki, bu sözləri "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, "Moskva solistləri" kamera ansamblının qurucusu, "Qremmi" mükafatının sahibi Yuri Başmet Qəbələ şəhərində keçirilən mətbuat konfransında demişdir.
Görkəmli musiqiçi
Azərbaycan musiqisi barədə ilk dəfə dahi Rəşid
Behbudov və Müslüm
Maqomayev ilə tanışlığı
zamanı məlumat əldə etdiyini bildirmişdir. Yuri Başmet hər
dəfə Qəbələdə keçirilən beynəlxalq
musiqi festivalına dəvət edilərkən
xoş hisslər keçirdiyini
və bu möhtəşəm tədbirdə
həvəslə iştirak etdiyini bildirmişdir. O demişdir: "Bu
festivalda iştirakım mənim üçün həm karyera,
həm də Azərbaycanı yaxından tanımaq
baxımından vacibdir. Ümumiyyətlə,
son bir ildə Azərbaycan
çox dəyişmiş,
paytaxtınız, həmçinin Qəbələ gözəlləşmiş
və daha da
müasirləşmişdir. Buranın təbiəti,
insanları çox xoşuma
gəlir. Çoxlu dostlar
qazanmışam. Gələn il də bu festivalda böyük
məmnuniyyətlə iştirak edəcəyəm".
Azərbaycan.- 2012.- 4 avqust.- S. 4.