Aleksandr Çaykovski:
Mən “Xocalı” matəm
musiqisini yazmaqla bir çox ölkələrdə
müharibənin dəhşətlərini yaşayan
insanlara dəstək olmaq
istəmişəm
"Mən əvvəlcə Xocalı faciəsi haqqında məlumat topladım, müxtəlif videokadrlara baxdım, Azərbaycanın musiqi nümunələrini disklər vasitəsilə dinlədim və bunlardan bəhrələnərək bu əsəri yazdım".
AzərTAc xəbər verir ki, bu sözləri Moskva Dövlət Filarmoniyasının bədii rəhbəri, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının kafedra müdiri, Rusiya Federasiyasının xalq artisti, xüsusi olaraq Qəbələ IV Beynəlxalq Musiqi Festivalı üçün "Xocalı" matəm musiqisini yazmış məşhur bəstəkar Aleksandr Çaykovski Qəbələdə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən demişdir.
Aleksandr Çaykovski bildirmişdir ki, bu festivalın sorağı dünyanın hər yerindən gəlir, burada tanınmış musiqiçilər Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini məharətlə ifa edirlər. O, Heydər Əliyev Fondunun dəstəyi və yaxın dostu Dmitri Yablonskinin təklifi ilə bu festival üçün "Xocalı" matəm musiqisini yazdığını bildirmişdir.
A.Çaykovski piano, viola, tar,
violonçel və kamera
orkestri üçün
bu əsəri yazmaqla
bir çox ölkələrdə
müharibənin dəhşətlərini yaşayan
bütün insanlara
musiqiçilərin də dəstək olduğunu
bildirmişdir. Bəstəkar demişdir: "Bu
axşam bu musiqinin ifası ilə festivalın
iştirakçısı olan bütün tamaşaçılar, eləcə
də bütün dünya
ictimaiyyəti müharibənin
ağrı-acısını yaşayan
insanların vəziyyətini başa
düşəcəkdir. Ümid edirəm
ki, axıdılan qana
və tökülən göz
yaşlarına son qoyulacaqdır".
Azərbaycan.- 2012.- 4 avqust.- S. 4.