Yaxın gələcəkdə Azərbaycan dünya miqyasında yüksək gəlirli ölkəyə
çevriləcək
İqtisadiyyatın inkişafı ilə
bağlı prioritet istiqamətlərin müəyyənləşdirilməsinin,
bu sahədə liberallaşma tədbirlərinin
miqyasının genişləndirilməsinin,
biznes mühitinin daha da yaxşılaşdırılmasının
və ayrı-ayrı
dövlət proqramlarının
uğurla həyata keçirilməsinin nəticəsi
olaraq, hər il Azərbaycanda
ümumi daxili məhsulun həcminin artımı müşahidə
edilir. 2012-ci ilin
artıq geridə qalan dövründə də ölkədə iqtisadiyyatın bütün
istiqamətlərində müsbət
nəticələr əldə
edilib, makroiqtisadi göstəricilər yüksəlib.
Statistik təhlillərə əsasən,
ilin əvvəlindən
iqtisadiyyatın dinamik
inkişafı davam edib, islahatlar uğurla həyata keçirilib.
Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin birinci
yarısında da regionların davamlı inkişafı təmin edilmiş, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi
istitqamətində mühüm
tədbirlər həyata
keçirilmişdir. Ötən dövr
həm də yeni iqtisadi təşəbbüslərlə
yadda qalıb. İstər sosial, istər iqtisadi sahədə irəli sürülən
yeni təşəbbüslər
praktikada öz müsbət nəticələrini
verməkdədir. Statistik yekunlar
da təsdiqləyir ki, bu dövrdə
iqtisadi inkişaf sürətlənib, artımın
davamlı şəkil
alması təmin edilib. Ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul bu ilin birinci yarısında
1,5 faiz artıb.
İyulun 11-də Nazirlər
Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında
Prezident İlham Əliyev bu barədə deyib: "Altı ayda ölkə iqtisadiyyatı
uğurla inkişaf etmiş və qarşıda duran bütün vəzifələr
icra edilmişdir. Ümumi daxili məhsul 1,5 faiz artmışdır. Bu rəqəm əvvəlki
dövrlərlə müqayisədə
o qədər də böyük rəqəm deyildir. Ancaq ölkəmizin ümumi
iqtisadiyyatı artdıqca
hər bir faizin daha da
böyük qiyməti
və dəyəri vardır. Onu qeyd edə bilərəm
ki, iqtisadiyyatın hər bir faizi
təxminən 700 milyon
dollara bərabərdir
və iqtisadiyyatımızın
1,5 faiz artımı onu göstərir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə
1 milyard dollar dəyərində
çox məhsul istehsal edilmişdir".
2012-ci ilin birinci
yarısında qeydə
alınan makroiqtisadi göstəricilər respublikamızda
inkişaf strategiyasının
uğurla həyata keçirildiyini təsdiqləyir. Dünya iqtisadiyyatında
vəziyyətin hələ
də gərgin olması fonunda, ötən illərdə olduğu kimi, bu ilin birinci
yarısı da Azərbaycan iqtisadiyyatı
üçün davamlı
inkişaf mərhələsi
kimi yadda qaldı. Bu müddətdə
istehsal olunmuş
ÜDM-in 67.7 faizi məhsul
istehsalı sahələrində,
o cümlədən 54 faizi
sənayedə, 9.2 faizi
inşaat kompleksində,
4.5 faizi kənd təsərrüfatında yaradılmışdır.
Xidmət sahələrinin
əlavə dəyərdə
xüsusi çəkisi
26.3 faiz, o cümlədən
nəqliyyatda 4.9 faiz, ticarət və pullu xidmətdə 8.4 faiz, rabitədə 1.7 faiz, sosial və
digər xidmətlərdə
11.3 faiz təşkil etmişdir. ÜDM-in 6 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür.
Orta hesabla hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 2828.0 manat
(3597.5 ABŞ dolları) olmuşdur.
Bu gün Azərbaycan
hakimiyyətinin qarşıya
qoyduğu əsas məqsədlərdən biri
iqtisadiyyatın qeyri-neft
sektorunun inkişafını
təmin etmək, xüsusən yeni istehsal sahələrinin fəaliyyətini stimullaşdırmaqdır. Məlum olduğu
kimi, bunun üçün artıq neçə illərdir ki, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə ayrı-ayrı sahibkarlara güzəştli kreditlər
ayrılır. Fərəhli haldır ki, ilin birinci altı
ayı ərzində də qeyri-neft sektorunda ciddi artım müşahidə
olundu. Bu sferada baş verən 11,3 faizlik artım
dünyada nadir hallarda
rast gəlinən mühüm iqtisadi hadisədir.
Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir
ki, əhalinin sosial rifahının yüksəldilməsi ilə
bağlı məsələlər
bu ilin birinci
yarısında da prioritet vəzifələrdən
biri olaraq qaldı. Nazirlər Kabinetinin iclasında
sosial məsələlərdən
də söz açıldı və nikbinlik ifadə olundu. Bu dövrdə
yaddaqalan ən mühüm sosial məsələlərdən biri
əhalinin sovet dövründə banklarda
qalmış əmanətlərinə
görə kompensasiyaların
ödənilməsinə başlanılmasıdır.
Qeyd edək ki, Azərbaycan
dövləti o əmanətlərə
görə heç bir hüquqi, yaxud da ki,
mənəvi məsuliyyət
və öhdəlik daşımır. Lakin ölkə
Prezidentinin həyata keçirdiyi siyasətin mahiyyət etibarilə sosial ədalət prinsiplərini də özündə əks etdirdiyinə görə sovet dövründə banklara qoyulmuş əmanətlərə görə
vətəndaşlara kompensasiyalar
verilir. İndiyədək keçmiş sovet
respublikalarının bir
neçəsində batmış
əmanətlərlə bağlı
müxtəlif iqtisadi
layihələr reallaşdırılıb.
Lakin qətiyyətlə deyə
bilərik ki, bu istiqamətdə ən işlək və daha ədalətli
mexanizm məhz Azərbaycanda tətbiq edilib.
Sosial-iqtisadi uğurlardan danışarkən
təbii ki, "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"na toxunmamaq qeyri mümkündür. Bu ilin birinci yarısında
bu dövlət proqramı həm uğurla icra edildi, həm də onun icrası
qarşıya qoyulan bütün hədəflərə
artıqlaması ilə
çatmaqla yekunlaşdı.
Bütövlüklə proqramda
nəzərdə tutulmuş
vəzifələrin yerinə
yetirilməsi nəticəsində
ölkədə qeyri-neft
sektorunun davamlı inkişafı, yeni müəssisələrin və
iş yerlərinin yaradılması, regionlarda,
eləcə də ölkə paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının
həcminin və keyfiyyətinin yüksəldilməsi,
sahibkarlıq mühitinin
daha da yaxşılaşdırılması,
əhalinin məşğulluq
səviyyəsinin artırılması,
yoxsulluğun azaldılması
sahəsində əhəmiyyətli
nailiyyətlər əldə
olunmuşdur.
Gələn ilin sonuna qədər
dövlət proqramının
icra müddəti başa çatacaq. Artıq 2014-2023-cü illəri
əhatə edəcək
yeni dövlət proqramı hazırlanır.
Prezident İlham Əliyev bu günlərdə Lənkərana
səfəri zamanı
həmin dövlət
proqramı ilə bağlı deyib: "Növbəti onillik proqram gələcəyə
baxışlarımızı əks etdirəcəkdir. Çünki biz növbəti
10 il ərzində
Azərbaycanı daha da sürətlə inkişaf etdirməliyik. Ölkə qarşısında duran əsas vəzifələr
icra edilibdir. Ancaq həyat yerində durmur, yeni vəzifələr
ortaya çıxır.
Elə etməliyik ki, növbəti 10 il ərzində
iqtisadi gücümüzü
iki dəfə artıra bilək. Son səkkiz il
ərzində iqtisadiyyatımız
üç dəfə
artıbdır. Növbəti
on il ərzində
daha iki dəfə artmalıdır.
Bu proqramın reallaşdırılması nəticəsində
Azərbaycan dünya miqyasında yüksək gəlirli ölkəyə
çevriləcəkdir. Beləliklə, insanların rifah
halı daha da yaxşılaşacaq, ölkəmiz daha da güclü olacaq, bizim dünyadakı
mövqeyimiz daha da möhkəmlənəcəkdir".
Azərbaycan iqtisadiyyatının sürətli
inkişaf dinamikası
ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu
sosial-iqtisadi islahatların
Prezident İlham Əliyev tərəfindən
uğurla və keyfiyyətcə yeni mərhələdə davam
etdirilməsinin məntiqi
nəticəsidir. Məhz ulu öndərin
müəyyənləşdirdiyi inkişaf konsepsiyası Azərbaycanı dünyanın
ən dinamik inkişaf edən ölkəsinə çevirmiş,
regionda liderlik mövqeyini təmin etmişdir. Ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadi siyasətdə də Heydər Əliyevin kursuna sadiqdir. Çünki bu kurs inkişaf etmiş cəmiyyətlərin qəbul
etdiyi bazar iqtisadiyyatı prinsiplərinə,
azad sahibkarlığa,
beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə, maliyyə sabitliyinin və iqtisadi artımın qorunub saxlanmasına, sosialyönümlü
iqtisadi siyasətin həyata keçirilməsinə
əsaslanır.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2012.- 5 avqust.- S. 1.